AMB-dən «APA-Economics»ə verilən məlumata görə, cari ilin əvvəlindən valyuta ehtiyatları 1 135,8 mln. dollar və ya 18,5% azalıb.
Eyni zamanda, avqust ayında valyuta ehtiyatlarının həcmi 214,2 mln. dollar və ya 4,5% artıb ki, bu da iyul ayındakı 5,8%-lik azalmadan sonra baş verib:
Cədvəldən göründüyü kimi, 2009-cu ildə valyuta ehtiyatlarının dinamikasında böyük dəyişkənlik müşahidə olunub ki, bu da dünya maliyyə və iqtisadi böhranla əlaqəlidir. Çünki valyuta ehtiyatları həm dünyanın aparıcı valyutalarının məzənnələrinin dinamikasına, həm konnyunktura, həm də ölkə daxilində valyuta siyasətinin istiqamətlərinə çox həssasdır.