Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı milli iqtisadiyyatın sahələr üzrə dəstəklənməsini davam etdirəcək

Azərbaycan Mərkəzi Bankı milli iqtisadiyyatın sahələr üzrə dəstəklənməsini davam etdirəcək
# 03 sentyabr 2009 11:32 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkə iqtisadiyyatına 2009-cu il ərzində təxminən 2 mlrd. ABŞ dolları həcmində dəstək göstərilib. «APA-Economics»xəbərinə görə, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib. Onun fikrincə, bunun bir hissəsi bank sisteminə likvidliyin artırılması çərçivəsində, digər hissəsi isə Dövlət Neft Şirkətinə kredit şəklində verilib.

Belə ki, dövlət zəmanəti ilə ARDNŞ-a təqdim olunan 7-illik kreditin məbləği 750 mln. manat təşkil edib. Bunun təxminən 450 mln. manatı şirkətin xarici öhdəliklərinin icrasına və restrukturizasiyası məqsədi ilə istifadə olunub və xarici kreditorlara ödənilib, qalan hissəin isə şirkətin müxtəlif layihələrinin maliyyələşdirilməsinə məsinə sərf edilməsi nəzərdə tutulur.

E.Rüstəmovun sözlərinə görə, bundan əlavə bank sisteminə də maliyyə dəstəyi göstərilib ki, bunun da yalnız 130 mln. manatı banklara birbaşa kreditlər şəklində ayrılıb. Banklara göstərilən dəstəyin əsas hissəsi isə normaların azaldılması nəticəsində likvidliyin qaytarılması və qiymətli kağızların, yəni qısamüddətli notlar üzrə öhdəliklərin yerinə yetirilməsi yolu ilə edilib.

E.Rüstəmov həmçinin qeyd edib ki, Mərkəzi Bank öz səlahiyyətləri çərçivəsində iqtisadiyyata analoji maliyyə dəstəyini davam etdirəcək və hazırda bu istiqamətdə araşdırmalar aparılır, iqtisadiyyatda mühüm rolu olan sahələr öyrənilir. Misal olaraq AMB başçısı alüminium sənayesini qeyd edib: burada inkişaf üzrə ciddi tədbirlər nəzərdə tutulur və həmin sahə əlavə maliyyə dəstəyinin göstərilməsi sahəsində mövcud prioritetlərdən biridir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR