Bank Of Baku

Elman Rüstəmov: «Azərbaycan 2010-cu ilə yüksək maliyyə dayanıqlığı ilə daxil olacaq»

Elman Rüstəmov: «Azərbaycan 2010-cu ilə yüksək maliyyə dayanıqlığı ilə daxil olacaq»
# 03 sentyabr 2009 12:18 (UTC +04:00)
«APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında bildirib.

E.Rüstəmovun sözlərinə görə, 2009-cu il ərzində ölkədəki bankların 800 mln. ABŞ dollarından artıq həcmdə həyata keçirdiyi xarici borc ödənişlərinin bank sektorundakı kredit aktivliyinə mənfi təsirini minimallaşdırmaq üçün AMB likvidlik dəstəyini artırmaqla yanaşı, kredit portfelinin keyfiyyətinin qorunmasını da diqqətdə saxlayıb. Nəticədə, cari ilin aprel-iyul aylarında kredit portfeli 5,5%, aktivlər isə 9% artıb. Eyni zamanda, aktivlərin gəlirliyi 2,9% səviyyəsində olub. Həmçinin, vaxtı keçmiş kreditlərin məcmu portfeldə payı cəmi 3,6% təşkil edib, bu sektorun kapitallaşma səviyyəsi isə il ərzində 11% artıb.

E.Rüstəmov bildirib ki, bu ilin ikinci rübündən başlayaraq əmanətlər üzrə müsbət dinamika bərpa olunub. Belə ki, cari ilin əvvəlindən əmanətlərin həcmində 5% artım qeydə alınıb. Həmçinin, sığortalanan əmanət məbləğinin 5 dəfə artırılması (30 min manatadək) artım dinamikasına əhəmiyyətli təsir göstərib.

AMB sədri qeyd edib ki, Azərbaycan iqtisadiyyatı böhrana qarşı davamlı dayanıqlıq nümayiş etdirib. «Beləliklə, ölkə iqtisadiyyatı, o cümlədən, bank sektoru qlobal böhranın mənfi təsirindən etibarlı qorunub və artım templəri tədricən bərpa olunmağa başlayıb. Bu şəraitdə ölkə 2010-cu ilə sabit iqtisadi dinamika və yüksək maliyyə dayanıqlığı ilə daxil olacaq. Makroiqtisadi sabitliyin qorunması və qeyri-neft sektorunda yüksək iqtisadi artımın bərpası növbəti ilin əsas iqtisadi vəzifələri olacaq», - deyə E.Rüstəmov vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR