Bank Of Baku

Azərbaycan Mərkəzi Bankı “Azərpoçt” MMC-yə lisenziyanı bu ilin sonuna kimi ayıracaq

Azərbaycan Mərkəzi Bankı “Azərpoçt” MMC-yə lisenziyanı bu ilin sonuna kimi ayıracaq
# 03 sentyabr 2009 12:35 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Bu ilin sonuna kimi Azərbaycan Mərkəzi Bankı (AMB) Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Azərpoçt” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) maliyyə xidmətlərinin göstərilməsi üçün lisenziya ayıracaq. “APA-Economics”in məlumatına görə, bunu AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.
E.Rüstəmovun sözlərinə görə, hazırda AMB-nin və RİTN-in mütəxəssisləri ilə mütəmadi olaraq görüşür və layihənin həyata keçirilməsi ilə tanış olurlar.
Qeyd edək ki, “Azərpoçt” MMC bank xidmətlərinin göstərilməsi üçün lisenziyanı lokal şəbəkənin yaradılması və texniki bazanın təkmilləşdirməsi üzrə işləri başa çatdırdıqdan sonra alacaq.
Bu ilin ikinci yarımilliyində “Azərpoçt”un Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin yaradılması layihəsi çərçivəsində poçt xidmətləri, valyuta mübadiləsi üzrə modulların istifadəyə verməsi gözlənilir. Bu günə kimi layihə çərçivəsində mühasibat hesabatı və xidmət ödənişləri üzrə modullar hazırlanaraq test istifadəyə verilib.
“Azərpoçt”un 2009-2011-ci illərini əhatə edən fəaliyyət strategiyasının əsas istiqamətləri yeni maliyyə-bank xidmətlərinin tətbiqi və ümumiyyətlə, müəssisənin rentabelliyinin artırılmasından ibarətdir.
2011-ci ildən etibarən “Azərpoçt”un illik mənfəətinin 20%-dək artımı gözlənilir. Bu da poçt müəssisələrinin bank-maliyyə lisenziyası aldıqdan sonra müstəqil surətdə beynəlxalq pul köçürmələri sistemlərinə qoşulmasına imkan verəcək, pul köçürmələri xidmətlərinin göstərilməsindən daxil olan gəliri banklarla paylaşmaq məcburiyyətini aradan qaldıracaq.
Xatırladaq ki, sistemin yaradılması üzrə işlər RİTN, AMB, FACP konsaltinq şirkəti, «Azərpoçt» DM, icraçı şirkət olan «HP Azerbaijan» və onun layihədəki tərəfdaşları «Colvir» və «Sinam» şirkətləri tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR