Bank Of Baku

Azərbaycan Milli Bankı: Milli valyutanın sabit qalması olduqca əhəmiyyətlidir

Azərbaycan Milli Bankı: Milli valyutanın sabit qalması olduqca əhəmiyyətlidir
# 03 sentyabr 2009 13:07 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Qlobal maliyyə böhranı şəraitində bir sıra ölkə milli valyutasının devalvasiyasına əl atıb, lakin heç bir dövlət bu addıma könüllü getmir. «APA-Economics»in xəbər verdiyi kimi, bunu bildirən Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov qeyd edib ki, Azərbaycan da bu istiqamətdə araşdırmalar aparıb. Araşdırmalar nəticəsində devalvasiyanın manatın sabit saxlanması ilə müqayisədə ölkə iqtisadiyyatına daha faydasız olduğu müəyyənləşib.

«Bizim hesablamalar və araşdırmalar göstərib ki, manatın sabit saxlanması ölkənin imici, iqtisadiyyatı, xarici tərəfdaşlar, sadə əmanətçilər, investorların ölkəyə cəlb edilməsi üçün daha əhəmiyyətlidir», - deyə E.Rüstəmov vurğulayıb. Baş bankir hesab edir ki, milli valyutanın devalvasiyası hesabına iqtisadiyyatda rəqabətliyin artacağı sual altındadır. Çünki devalvasiya nəticəsində yaranan qiymət artımı gözlənilən müsbət effekti heçə endirə bilər. Bu səbəbdən Azərbaycanda dövlət rəhbərliyi məhz manatın sabitliyi prioritet istiqamət kimi müəyyənləşib.

Mərkəzi Bank tərəfindən həyata keçirilən valyuta intervensiyasına (müdaxilə) gəldikdə isə E.Rüstəmov bildirib ki, bu proses açıq bazarda aparılır və əsasən dolayı xarakter daşıyır. Məsələn, Dövlət Neft Şirkətinə manatla verilmiş 750 mln. manatlıq kreditin (7 il müddətinə, illik 3%-lə) 450 mln. manatı sonradan ARDNŞ tərəfindən dollara konvertasiya olunub və xarici kreditorlara borc əvəzinə ödənilib. Həmçinin, bank sistemində xarici öhdəliklərin icrası prosesi çərçivəsində konvertasiya əməliyyatları da Mərkəzi Bankın iştirakı ilə açıq bazarda aparılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR