Bakı Fond Birjasından (BFB) «APA-Economics»ə verilən məlumata görə, şirkət 4 müştəriyə ümumi dəyəri 17 156 931,46 manat olan broker xidmətləri göstərib. İkinci yeri 1 müştəriyə ümumi həcmi 15 634 320,39 manat olan broker xidmətləri göstərmiş «Brokdil-Az» tutub. Bu göstərici birinci yeri tutan brokerin göstəricisindən 1 522 611,07 manat azdır. Göstərilmiş broker xidmətlərinin həcminə görə üçüncü yerdə 9 295 418 manatla «Yapı Kredi İnvest» qərarlaşıb.
Qeyd edək ki, avqust ayında brokerlərin renkinqində (sıralanmasında) birinciliyə iddia edən məbləğin səviyyəsi əvvəlki ayla müqayisədə azalıb. Belə ki, iyul ayında göstərilmiş broker xidmətlərin maksimal məbləği 21 642 994,20 təşkil edib.
Mövqe (avqust,2009) | Mövqe (iyul,2009) | Brokerlər | Əqdlərin sayı | Müştərilərin sayı | Əməliyyatların həcmi (AZN) |
1 | 1 | UniCapital | 7 | 4 | 17 156 931,46 |
2 | 2 | Brokdil-Az | 8 | 1 | 15 634 320,39 |
3 | - | Yapi Kredi İnvest | 3 | 2 | 9 295 418,00 |
4 | 5 | Texnika Capital Management | 7 | 2 | 4 696 077,71 |
5 | 3 | BoB Broker | 3 | 1 | 4 648 603,64 |
6 | 6 | Chealse Capital | 4 | 1 | 2 658 676,76 |
7 | 4 | Respublika İnvest | 2 | 2 | 1 290 526,91 |
8 | - | Standard Capital | 2 | 1 | 1 249 177,50 |
9 | - | ADB-Broker | 1 | 1 | 624 689,84 |
10 | - | Caspian Financial | 1 | 1 | 99 968,28 |