Bank Of Baku

Azərbaycan pul-kredit siyasətini sərtləşdirmək niyyətində deyil

Azərbaycan pul-kredit siyasətini sərtləşdirmək niyyətində deyil
# 03 sentyabr 2009 13:57 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Hazırda aparıcı ölkələrdə qlobal maliyyə böhranından çıxma əlamətlərinə, Azərbaycanda iqtisadi artım tempinin tədricən yüksəlməsinə baxmayaraq, 2009-cu ildə ölkədə pul-kredit siyasətinin sərtləşdirilməsi nəzərdə tutulmur. Daha dəqiq, ilin sonunadək uçot dərəcəsi və ehtiyat normalarının artırılması sahəsində heç bir addımlar atılmayacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, iqtisadiyyatın inkişaf templərinin bərpası üçün hazırda tətbiq olunan pul-kredit parametrləri məqbul sayılır və bunların artırılması ilə bağlı planlar yoxdur.

Xatırladaq ki, hazırda Azərbaycanda uçot dərəcəsi 2%-ə, manat və xarici valyutada məcburi ehtiyat normaları isə 0,5%-ə bərabərdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR