Bank Of Baku

Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankından 7 mlrd. manat oğurlanması barədə məlumatlara münasibət bildirib

Elman Rüstəmov Azərbaycan Mərkəzi Bankından 7 mlrd. manat oğurlanması barədə məlumatlara münasibət bildirib
# 03 sentyabr 2009 14:04 (UTC +04:00)
APA-Economics”in məlumatına görə, AMB sədri bu gün keçirdiyi mətbuat konfransında həmin cinayətdə təqsirli bilinən şəxslərin məhkəmə prosesinin getdiyini söyləyib: “Mən istintaq sirri olduğu üçün həmin şəxslərin adlarını açıqlaya bilmərəm. Təkcə onu qeyd edə bilərəm ki, iş üzrə saxlanılanların əksəriyyəti yaşlı qadındır. Məni narahat edən də onların taleyidir. Nəzərinizə çatdırmaq istəyirəm ki, pul ona toxunan hər kassirin və xəzinədarın özünün məsuliyyəti kimi saxlanılır. Çünki həmin pul bağlamasının üzərində xəzinədarın və mühasibin adı və möhürü olur. Dövlətə və ya müştəriyə çatana qədər həmin pulun məsuliyyətini xəzinədar və mühasib daşıyır. Hazırda məhkəməsi gedən cinayət işi ilə bağlı bir ildir, təhqiqat gedir. Təqsirləndirilən şəxslər bir nəfərin belə adını çəkə bilmirlər. Əsas arqumentləri ondan ibarətdir ki, guya bu məsələdən xəbərləri yoxdur. Lakin Mərkəzi Bankın menecment sistemində fərdi məsuliyyət və fərdi müqavilə var. Odur ki, bu, birbaşa onların öz məsuliyyətidir”.

E. Rüstəmovun sözlərinə görə, baş vermiş bu hadisə AMB-nin bütün kollektivi üçün gözlənilməz olub və mənfi hal kimi qarşılanıb: “Bütün kollektiv həmin hadisəni eşidəndə şok və dərin təəssüf hissi keçirdi. Təqsirləndirilən insanların taleyinə çox acıyıram. Ona görə ki, yenə deyirəm, onların əksəriyyəti yaşlı qadındır. Amma hər insan öz gələcəyini, həyatının azadlığını özü seçir. Hazırda Mərkəzi Bankının inzibati binasında və ya xaricində maliyyə sektorunun istənilən seqmentində hamı pulla və ya maddi vəsaitlərlə işləyir. Biz özümüz də atdığımız addımları və qəbul etdiyimiz qərarların məsuliyyətini anlayırıq. Təqsirli bilinən şəxslər isə bu yolu seçiblər. Mən başa düşə bilmirəm, axı bu onların nəyinə lazım idi? Həmin nənələrin, anaların müttəhimlər kürsüsündə oturması onlara, ailələrinin reputasiyasına yaraşırmı? Sakit təqaüdçü həyatına hazırlaşmaq əvəzinə, nəvələrini böyütmək əvəzinə təəssüf ki, bu yolu seçiblər”.

E. Rüstəmov bildirib ki, onları daha çox təəccübləndirən kollektivdən belə şəxslərin çıxması olub: “Kollektivdə belə insanların olması mənim üçün ən gözlənilməz hal oldu. Bu sahədə risk olduğunu bilirəm, çünki böyük maliyyə vəsaitləri ilə çalışırıq. Bu gün Mərkəzi Bankın çalışdığı maliyyə vəsaitlərinin həcmi 10 mlrd. dollarla ölçülür. Ancaq bütün hallarda kollektivdə belə şəxslərin çalışması mənim üçün çox gözlənilməz oldu”.

Tədbirin sonunda baş bankir bəzi mətbuat orqanlarında AMB-dən vaqonlarla, “KamAZ”-larla pulun oğurlanması barədə yazılanlara də münasibət bildirib, bunun həqiqətə uyğun olmadığını deyib. Sədr mənimsənilən pulun yerləşəcəyi qutunu da mətbuat konfransında nümayiş etdirib: “Bəziləri vaqonlarla, maşınlarla pulun oğurlandığını yazır. Halbuki 1 milyon 470 min manatı göstərdiyim qutuya ancaq yığmaq olar”.

Qeyd edək ki, Azərbaycanda denominasiya prosesi 2006-cı ildə başlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR