Bank Of Baku

Azərbaycanda milli valyutanın denominasiyası zamanı yığılan köhnə əsginasların məhv edilməsi fevralda başa çatacaq

Azərbaycanda milli valyutanın denominasiyası zamanı yığılan köhnə əsginasların məhv edilməsi fevralda başa çatacaq
# 03 sentyabr 2009 14:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda milli valyutanın denominasiyası çərçivəsində yığılmış köhnə əsginasların məhv edilməsi prosesi 2010-cu ilin fevral ayının sonuna kimi davam edə bilər. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, 1992-ci ildən 2005-ci ilədək dövriyyədə 1,050 mlrd. manat (hazırkı pul vahidləri ilə) həcmində pul olub ki, bunun da 1,040 mlrd. manatı denominasiya çərçivəsində geri qaytarılıb. Göründüyü kimi, qaytarılmayan vəsaitlərin həcmi 10 mln. manat olub. Lakin bunun 1 mln. manatı tədricən AMB-yə daxil olacaq, qalan 9 mln. manatın qaytarılması ehtimalı isə çox azdır.

E.Rüstəmov bildirib ki, hazırda yığılan vəsaitin 1,023 mln. manatı artıq müvafiq dövlət komissiyasına təqdim edilib. Gələn ilin fevralın sonuna kimi isə əsginasların qalan hissəsinin komissiyaya təhvil verilməsi nəzərdə tutulub.

Xatırladaq ki, Azərbaycanda denominasiya prosesi 2006-cı ildə başlayıb. AMB-nin müasir pul doğrayan və briketləşdirən avadanlıqları Niderlandın «Custers Engineering» şirkətindən alınıb və quraşdırılması artıq tam başa çatıb. Denominasiya zamanı yığılan pulların həcmi təxminən 350-400 ton təşkil edir. Doğranacaq pullar xırda kərpic, un briketləri halına salınaraq yandırılacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR