Bank Of Baku

Azərbaycan dövlət ipoteka proqramını kommersiyalaşdıracaq

Azərbaycan dövlət ipoteka proqramını kommersiyalaşdıracaq
# 03 sentyabr 2009 14:37 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda dövlət büdcəsi vəsaiti hesabına ipoteka kreditləşməsi bərpa olunduqdan sonra İpoteka Fondu (AİF) tərəfindən 800-ə yaxın vətəndaşa ipoteka krediti verilib. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

E.Rüstəmovun sözlərinə görə, təkcə bu ilin avqust ayında verilmiş ipoteka kreditlərinin sayı 370-ə çatıb: «Ümumilikdə, indiyədək dövlət xətti ilə 110 mln. manat həcmində ipoteka kreditləri verilib. Bu kreditlər vasitəsilə 2800 ailə evlə təmin olunub. Ən əsası odur ki, verilmiş kreditlərin heç biri problemli deyil».

E.Rüstəmov ipoteka kreditləşməsinin genişləndiriləcəyini, həmçinin bu sahənin daha da aktivləşdiriləcəyini bildirib. Onun fikrincə, ipoteka kreditləşməsinin davamlı olması üçün bu proqram kommersiyalaşdırılmalıdır.

Xatırladaq ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsinə 2006-cı ilin mart ayından başlanılıb. Bu il dövlət büdcəsindən ipoteka kreditləri üçün 34 mln. manat vəsait ayrılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR