Bank Of Baku

«Texnikabank»ın Baş Əməliyyat İdarəsi yaxın günlərdə yeni ofisə köçəcək

«Texnikabank»ın Baş Əməliyyat İdarəsi yaxın günlərdə yeni ofisə köçəcək
# 03 sentyabr 2009 14:49 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Texnikabank» SKB-nin Baş Əməliyyat İdarəsi yaxın günlərdə yeni ofisə köçəcək. Bu barədə «APA-Economics»ə «Texnikabank» SKB-nin Müşahidə Şurasının sədri Etibar Əliyev məlumat verib.

E.Əliyevin sözlərinə görə, Atatürk prospektində, bankın baş ofisi ilə eyni binada yerləşəcək ofisdə müştərilərə xidmət üçün ən yaxşı şərait yaradılıb: «Bu ofisdə Azərbaycanda analoqu olmayan sistem qurulub. Gələn həftədən idarə bu ofisdə fəaliyyətə başlayacaq».

E.Əliyev bu il Ağstafa rayonunda «Texnikabank»ın filialı üçün binanın tikintisinə başlanacağını da qeyd edib.

Xatırladaq ki, «Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 16 filialı, 48 bankomatı və 340 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR