Bank Of Baku

Azərbaycan bank sistemi ilin sonunadək böhrandan əvvəlki səviyyəyə çatacaq

Azərbaycan bank sistemi ilin sonunadək böhrandan əvvəlki səviyyəyə çatacaq
# 03 sentyabr 2009 15:04 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan bank sisteminin əsas göstəriciləri artmaqdadır və 2009-cu ilin sonuna kimi böhrandan əvvəlki səviyyəyə çatacaq. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bəyan edib. Həmin proqnoz bankların aktivləri, kreditləri, depozitləri kimi əsas göstəricilərə aiddir.

Hazırda bank sistemində artım tendensiyasının müşahidə olunduğunu vurğulayan E.Rüstəmov həmçinin nikbinliyə əsas verən amillərin də mövcudluğunu qeyd edib. Belə ki, banklar tərəfindən verilən və qaytarılan kreditlər arasındakı müsbət saldo yekunda məcmu kredit portfelinin artımını təmin edən əsas amillərdən biridir.

Ümumiyyətlə, bank sistemində yaranmış problemlərin sona çatması müşahidə olunur. Bu, həm də xarici maliyyələşmə sahəsinə də aiddir. Belə ki, Azərbaycandakı banklar 2009-cu ildə 1,9 mlrd. dollar həcmində xarici borc qaytarıb və 400 mln. dollar məbləğində xaricdən maliyyə vəsaiti cəlb edib. Bu da E.Rüstəmovun fikrincə, xarici maliyyə qurumlarının Azərbaycan bank sisteminə etimad və inamının göstəricisidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR