Bank Of Baku

Azərbaycan fond bazarının peşəkar iştirakçılarının fəaliyyəti yoxlanacaq

Azərbaycan fond bazarının peşəkar iştirakçılarının fəaliyyəti yoxlanacaq
# 04 sentyabr 2009 06:40 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan broker və diler şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

QKDK-dan «APA-Economics»ə verilən məlumata görə, görüşdə QKDK tərəfindən bu ilin sentyabr ayının 21-dən etibarən həyata keçirilməsi nəzərdə tutulan qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyətinin yoxlanılması proqramının məqsədi, prinsipləri və əsas yoxlama istiqamətləri barədə ətraflı məlumat verilib.

Bundan başqa, görüşdə qiymətli kağızlar bazarının peşəkar iştirakçıları tərəfindən QKDK-nın yeni nəzarət proqramına dair qaldırılan suallar cavablandırılıb, həmçinin qiymətli kağızlar bazarının inkişafına dair bir sıra digər məsələlər müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR