Bank Of Baku

«Bank of Azerbaijan» son bir ildə aktivlərini 21% artırıb

«Bank of Azerbaijan» son bir ildə aktivlərini 21% artırıb
# 04 sentyabr 2009 06:55 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Bank of Azerbaijan» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin iyul ayının 1-nə 127,249 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan analoji göstəriciyə nisbətən 21,1% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 18% genişlənərək 53,081 mln. manata, kredit portfeli 6,6% artaraq 97,345 mln. manata çatıb. Həmçinin, bankın məcmu kapitalı 23,4% artaraq 19,634 mln. manat, o cümlədən, nizamnamə kapitalı 50% artaraq 15 mln. manat təşkil edib.

Qeyd edək ki, son bir ildə bankın gəlirləri 22% azalaraq 8,936 mln. manat, xərcləri isə 9,1% azalaraq 9,673 mln. manat olub. Nəticədə, bank bu ilin birinci yarısını 737 min manat zərərlə başa vurub. Ötən ilin yanvar-iyun aylarında isə bank 875 min manat həcmində mənfəət əldə edib.

Bu müddət ərzində bank tərəfindən 1 filial açılıb, eyni zamanda 2 bankomat və 37 POS-terminal quraşdırılıb. Cari ilin iyul ayının 1-nə bankın işçilərinin sayı 19,6% artaraq 427 nəfərə çatıb.

Xatırladaq ki, təsisçisi «NEM Holding» və 2 fiziki şəxs olan «Bank of Azerbaijan» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 19 filialı, 24 bankomatı və 150 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR