Bank Of Baku

«Texnikabank» xaricdə filial açacaq

«Texnikabank» xaricdə filial açacaq
# 04 sentyabr 2009 08:13 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankı (SKB) Moskvada (Rusiya) filial açmağı planlaşdırır. Bu barədə «APA-Economics»ə «Texnikabank» SKB Müşahidə Şurasının sədri Etibar Əliyev məlumat verib.

E.Əliyevin sözlərinə görə, bankın genişlənmə strategiyasına uyğun olaraq Rusiya paytaxtında və digər bir neçə ölkədə filialların açılması nəzərdə tutulur. Lakin dünyada davam etməkdə olan maliyyə böhranı səbəbindən işlər ləngiyir: «Hazırda biz dünyadakı vəziyyətin sabitləşməsini gözləyirik. Maliyyə böhranı səngiyəndən sonra bu məsələyə qayıdacağıq».

Xatırladaq ki, «Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 16 filialı, 48 bankomatı və 340 POS-terminalı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR