Bank Of Baku

Azərbaycanda monetləşmə səviyyəsi məqbul səviyyədədir

Azərbaycanda monetləşmə səviyyəsi məqbul səviyyədədir
# 04 sentyabr 2009 08:34 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda pul kütləsi həcminin 2009-cu ilin sonunadək təxminən 10-15% artacağı gözlənilir. «APA-Economics»in məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib.

Xatırladaq ki, cari ilin əvvəlindən pul kütləsinin azalması müşahidə olunub və yarımillik azalma 20%-ə bərabər olub.

Bununla yanaşı, E.Rüstəmov iqtisadiyyatda monetləşmə səviyyəsi (pul kütləsinin ÜDM-ə nisbəti) barədə fikrini bildirib və qeyd edib ki, bu göstərici hazırkı makroiqtisadi şərait üçün məqbul səviyyədədir. Belə ki, hazırda monetləşmə səviyyəsi (pul kütləsinin M2 aqreqatı və ÜDM-in illik göstəriciləri nəzərə alınmaqla) təxminən 16%-ə bərabərdir. Bu həcmin və göstəricinin iqtisadiyyat üçün yetərli olmadığına toxunan baş bankir vurğulayıb ki, bu sahədə biri-birinə əks olan iki prosesə diqqət yetirmək lazımdır. Belə ki, bir tərəfdən pul kütləsinin müxtəlif yollarla artırılması iqtisadiyyatı zəruri maliyyə vəsaitləri ilə təmin edir, digər tərəfdən isə bu artım iqtisadiyyatın təmin edilməmiş genişlənməsinə və birbaşa qiymətlərin artmasına səbəb olur. Bu səbəbdən E.Rüstəmov hesab edir ki, iqtisadiyyatda pul kütləsinin kəskin artırılmasının makroiqtisadi sabitliyi pozması ehtimalları araşdırılacaq. Bunu nəzərə alaraq, Mərkəzi Bank radikal addımların atılmasını hələ məqsədəuyğun saymır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR