Bank Of Baku

«Azərdəmiryolbank» SKB «Planet Rating» agentliyindən «B+» reytinqi alıb

«Azərdəmiryolbank» SKB «Planet Rating» agentliyindən «B+» reytinqi alıb
# 04 sentyabr 2009 08:59 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Azərdəmiryolbank» Səhmdar Kommersiya Bankının (SKB) fəaliyyəti «Planet Rating» beynəlxalq reytinq agentliyi tərəfindən «B+» reytinqi və «pozitiv» proqnozu ilə qiymətləndirilib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, «B+» reytinqi kommersiya təşkilatları tərəfindən investisiya səviyyəli reytinq kimi qəbul edilir. «Azərdəmiryolbank» korporativ idarəetmə, risklərin idarə edilməsi, effektivlik və gəlirlilik, biznes və informasiya sahələri üzrə «B», maliyyələşdirmə və likvidlik üzrə isə Azərbaycanda ilk dəfə olaraq «A» kateqoriyası ilə qiymətləndirilib.

Qeyd edək ki, baş ofisi Fransada yerləşən «Planet Rating» beynəlxalq agentliyi 60-dan çox ölkədə mikro-maliyyə sahəsində fəaliyyət göstərən bankların və kredit təşkilatlarının qiymətləndirilməsi üzrə ixtisaslaşıb.

Xatırladaq ki, «Azərdəmiryolbank» SKB ölkədə mikro-kreditlər üzrə də geniş proqramlar həyata keçirir və «Planet Rating» agentliyi tərəfindən qiymətləndirilən ilk Azərbaycan kredit təşkilatıdır. Bundan başqa, bank «Fitch Ratings» agentliyinin reytinqlərinə də malikdir. Belə ki, 2004-cü ildən «Fitch Ratings»lə əməkdaşlıq edən «Azərdəmiryolbank» ölkədə beynəlxalq reytinq alan ilk özəl bank təşkilatı olub.

«Azərdəmiryolbank SKB-nin 850-yə yaxın səhmdarı mövcuddur. Nizamnamə kapitalında «25%+1 səhm» Avropa Yenidənqurma və İnkişaf Bankına (EBRD), 10% Hollandiyanın Maliyyə İnkişaf Şirkətinə (FMO), 10% hüquqi şəxslərə, qalanı isə fiziki şəxslərə məxsusdur. Bank 1989-cu ildə təsis edilib və hazırda respublika üzrə 29 filialı, 40 bankomatı və 240 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR