Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov: «Banklar qeyri-faiz əməliyyatlarında daha fəal olmalıdır»

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov: «Banklar qeyri-faiz əməliyyatlarında daha fəal olmalıdır»
# 04 sentyabr 2009 09:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının məcmu statistikasına əsasən, qeyri-faiz xərcləri qeyri-faiz gəlirlərini üstələyər. Bu faktı «APA-Economics»ə şərh edən Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin sədri Elman Rüstəmov bildirib ki, bunun iki əsas səbəbi var və bunlardan biri obyektiv, digəri isə subyektiv kimi qiymətləndirilə bilər.

Belə ki, obyektiv səbəb əsasən iqtisadiyyatda, iqtisadi subyektlər arasında bir sıra bank xidmətlərinə tələbatın aşağı olması, sahibkarlar və fiziki şəxsləri tərəfindən maliyyə əməliyyatlarını banklardan kənar həyata keçirilməsi ilə bağlıdır. E.Rüstəmovun sözlərinə görə, digər tərəfdən bankların kredit və depozitlərlə birbaşa bağlı olmayan bank xidmətlərinin istənilən səviyyədə inkişaf olunmadığını da etiraf etmək lazımdır.

Qeyd edək ki, qeyri-faiz gəlirlərinə xarici valyuta əməliyyatlarından gəlir, müxtəlif xidmətlərə görə komissiya haqları, qiymətli kağızlar və digər investisiya əməliyyatlarından gəlir, lizinq əməliyyatlarından gəlir, pul köçürmələri, hesabların açılması və s. gəlirlər aiddir.

E.Rüstəmov qeyd edib ki, qeyri-faiz əməliyyatları üzrə bankların zərərlə işləməsi bank mənfəəti və ümumilikdə bankların maliyyə göstəricilərinin yalnız kredit portfelindən asılılığını kəskin artırır. Əlavə edək ki, hazırkı vəziyyətdə bankların kredit fəaliyyətindən əldə etdiyi mənfəətin bir hissəsi faktiki olaraq qeyri-faiz əməliyyatları üzrə xərclərin ödənilməsinə sərf olunur.

Xatırladaq ki, cari ilin yanvar-iyun ayları ərzində Azərbaycan banklarının qeyri-faiz gəlirləri 127,9 mln. manat, xərcləri isə 212 mln. manat təşkil edib. Ötən ilin yekunlarına görə, bu göstəricilər müvafiq olaraq 283,9 mln. manata və 357,8 mln. manata bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR