Bank Of Baku

“Morgan Stanley”, “Moody’s” və “Standard&Poor’s” məhkəmədə cavab verəcək

“Morgan Stanley”, “Moody’s” və “Standard&Poor’s” məhkəmədə cavab verəcək
# 04 sentyabr 2009 10:14 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. ABŞ-ın məhkəmə orqanları “Morgan Stanley” bankının, “Moody’s Investors Service” və “Standard&Poor’s” beynəlxalq reytinq agentliklərinin məhkəmə qarşısında cavab verməsi barədə qərar çıxarıb. “APA-Economics”in məlumatına görə, bu qurumlar investorların kollektiv iddiası üzrə cavabdeh qismində çıxış edəcəklər. İddiada həmin qurumlar qiymətli kağızlara sərmayə qoyulması ilə bağlı olan təhlükənin dərəcəsinin müştərilərdən gizlədilməsində günahlandırılır.
İddia ABŞ-ın federal məhkəməsinə “Abu Dhabi Commercial Bank” və Vaşinqton ştatının Kinq vilayətinin hökumət orqanları tərəfindən verilib. Hazırda iddianın bir bəndi sübuta yetirilib. Söhbət “Cheyne Structured Investment Vehicle” investisiya şirkətinin qiymətli kağızlarının yüksək reytinqinin əsassız saxlanmasından gedir. Daşınmaz əmlak bazarında baş vermiş böhran nəticəsində şirkət onlar milyardlarla vəsait itirib ki, bunların arasında “Abu Dhabi Commercial Bank”a məxsus 5,86 mlrd. dollar da var.
Qeyd edək ki, bu, reytinq agentliklərə qarşı məhkəmə tərəfindən dəstəklənən ilk ciddi ittihamdır. Bundan əvvəlki analoji hallarda agentliklər ABŞ Konstitusiyasına 1-ci düzəlişi, yəni söz azadlığını bəhanə gətirərək, yalnız öz fikirlərini söylədiklərini iddia edirdilər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR