Bank Of Baku

«AGBank» bütün «MasterCard» və «Visa» plastik kartlarının sahibləri üçün uduş kampaniyası keçirir

«AGBank» bütün «MasterCard» və «Visa» plastik kartlarının sahibləri üçün uduş kampaniyası keçirir
# 04 sentyabr 2009 10:36 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AGBank» Səhmdar İnvestisiya Bankının (SİB) bankomatlarından istifadə edən bütün «MasterCard» və «Visa» plastik kart sahibləri uduşlu kupon əldə edəcəklər.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 200 və 500 manat nominallı kupon sahibləri «AGBank»ın tək öz müştəriləri deyil, istənilən bankda «MasterCard» və «Visa» ödəniş kartlara malik şəxslər ola bilər.

Qeyd edək ki, hazırda «AGBank»ın kart məhsulları sırasına «MasterCard Platinum», «MC Business», «MC Gold», «MC Standard», «MC Euro», «MC Standard MAGellAN+», «Maestro (salary, STİ med, teacher, student), «Maestro Business Prepaid», «Visa Business», «Visa Gold», «Visa Classic», «Visa Classic Bumeranq», «Visa Electron (salary)» və «Visa Platinum» kartları daxildir.

Xatırladaq ki, «AGBank» SİB 1992-ci ildən fəaliyyət göstərir. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 210,296 mln. manat, depozit portfeli 106,707 mln. manat, kredit portfeli 163,849 mln. manat, məcmu kapitalı 30,816 mln. manat, o cümlədən, nizamnamə kapitalı 15 mln. manat təşkil edib.

Bankın respublika üzrə 16 filialı, 55 bankomatı və 409 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR