Bank Of Baku

«Nikoil» bankın depozitləri son bir ildə 25% azalıb

«Nikoil» bankın depozitləri son bir ildə 25% azalıb
# 04 sentyabr 2009 12:54 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Nikoil» Səhmdar İnvestisiya Bankının (SİB) aktivlərinin həcmi 2009-cu ilin iyul ayının 1-nə 279,795 mln. manat təşkil edib ki, bu da ötən ilin iyulun 1-nə olan analoji göstərici ilə müqayisədə 64,6% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın depozit portfeli 24,7% azalaraq 56,339 mln. manat, kredit portfeli 26,5% artaraq 153,050 mln. manat, o cümlədən, istehlak kreditlərinin həcmi 77,593 mln. manat olub. Bu müddət ərzində bankın məcmu kapitalı 12,6% artaraq 31,415 mln. manat, o cümlədən, nizamnamə kapitalı sabit qalaraq 22,5 mln. manat təşkil edib.

Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında bankın gəlirləri ötən ilin analoji dövrü ilə müqayisədə 77,4% artaraq 22,586 mln. manata, xərcləri isə 83,3% artaraq 20,171 mln. manata çatıb. Nəticədə, bankın mənfəəti son bir ildə 18,2% artaraq 2,416 mln. manata bərabər olub.

Xatırladaq ki, bank son bir ildə əlavə 1 filial açıb, həmçinin 6 bankomat quraşdırıb. Bundan başqa, bu dövr ərzində bankın POS-terminallarının sayı təxminən 3 dəfə azalaraq 25-ə, işçilərinin sayı isə 6,2% azalaraq 257 nəfərə çatıb.

Təsisçisi Rusiyanın «Uralsib» Maliyyə Korporasiyası (61%), Azərbaycanın «ISR Holding» (20%) və Rusiyanın «Uralsib İnvest» şirkəti (19%) olan «Nikoil» İKB 1997-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 11 filialı, 20 bankomatı və 25 POS-terminalı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR