Bank Of Baku

G-20 ölkələrinin maliyyə rəhbərlərinin görüşü başlayıb

G-20 ölkələrinin maliyyə rəhbərlərinin görüşü başlayıb
# 04 sentyabr 2009 13:29 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Bu gün Londonda G-20-yə daxil olan ölkələrin maliyyə nazirlərinin və Mərkəzi Bank rəhbərlərinin iki günlük görüşü başlayıb. “APA-Economics”in məlumatına görə, görüşün gündəliyinə əsas üç məsələ daxil edilib. Bunlar dünya iqtisadiyyatının canlanması üçün növbəti addımlar, bank sisteminin islahatları və yeni qlobal maliyyə düzəninin yaradılmasıdır.
Eyni zamanda gözlənilir ki, bankların rəhbərliklərinə bonus və mükafatların verilməsi də ciddi müzakirə mövzusu olacaq. İsveç, Fransa, İspaniya, Almaniya, İtaliya Lüksemburq və Hollandiya ölkələrin maliyyə rəhbərləri böhran şəraitində bonusların verilməsini qadağan etməyə çağırır. Bundan başqa, maliyyə təşkilatlarının kapitalının həcminə dair yeni tələblər də müzakirə olunacaq. Tələblərin artırılması təklifi ABŞ-ın maliyyə naziri Timoti Qeytner tərəfindən irəli sürülüb.
Qeyd edək ki, cari ilin sentyabrın 24-25-də Pittsburqda (ABŞ) G-20-nin dövlət başçılarının zirvə görüşü keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR