Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının ehtiyatları bu il 50 mln. dollar gəlir gətirəcək

Azərbaycan Mərkəzi Bankının ehtiyatları bu il 50 mln. dollar gəlir gətirəcək
# 04 sentyabr 2009 14:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının xaricdə yerləşdirilməsindən əldə etdiyi gəlir 2009-cu ilin ilk yarısında 23 mln. ABŞ dolları təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə AMB-nin İdarə Heyətinin sədri Elman Rüstəmov xəbər verib.

E.Rüstəmov həmçinin qeyd edib ki, cari ilin sonuna kimi bu gəlirin 50 mln. dollara çatacağı proqnozlaşdırılır.

AMB valyuta ehtiyatlarının yerləşdirilməsində ən konservativ siyasətin tərəfdarı olaraq vəsaiti əsasən aparıcı ölkələrin mərkəzi banklarında yerləşdirir. Aydındır ki, bu halda gəlirlik aşağı, etibarlıq isə ən yüksək səviyyədə olur.

Xatırladaq ki, 2009-cu ilin iyulun 1-nə AMB-nin rəsmi valyuta ehtiyatların həcmi 5,081 mlrd. dollar təşkil edib və bu, ilin əvvəlinə nisbətən 1,056 mlrd. dollar və ya 17,2% azdır. Azalmanın əsas səbəbi kimi dünya bazarlarında, həmçinin aparıcı ölkələrin və regionların faiz dərəcələrinin kəskin endirilməsini qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR