Bank Of Baku

«Azərnəqliyyatbank» gələn il «VİSA» kartlarının kütləvi emissiyasına başlayacaq

«Azərnəqliyyatbank» gələn il «VİSA» kartlarının kütləvi emissiyasına başlayacaq
# 04 sentyabr 2009 14:17 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «Azərnəqliyyatbank» Səhmdar Kommersiya Bankı (SKB) 2010-cu ilin aprel ayında «Visa İnternational» beynəlxalq ödəniş sisteminə aid plastik kartların emissiyasına başlayacaq. Bunu «APA-Economics»ə açıqlamasında bankın plastik kartlar şöbəsinin müdiri Teymur Ağakişiyev bildirib.

T.Ağakişiyevin sözlərinə görə, ilkin mərhələdə 19 min «VİSA» («VİSA Gold», «VİSA Electron», «VİSA Classic») kartının emissiyası nəzərdə tutulub. Kartların hamısı debet xarakterli olmaqla «MilliKart» Prosessinq Mərkəzi tərəfindən buraxılacaq.

Qeyd edək ki, «Azərnəqliyyatbank» SKB «VİSA İnternational» sisteminə bu ilin avqust ayında qoşulub. Hazırda bankın dövriyyədə 5500-ə yaxın lokal kartı var.

Xatırladaq ki, «Azərnəqliyyatbank» SKB 1989-cu ildə yaradılıb. Bankın səhmlərinin 58,6%-i fiziki şəxslərə, 41,4%-i isə hüquqi şəxslərə məxsusdur. Cari ilin iyul ayının 1-nə bankın aktivlərinin həcmi 69,723 mln. manat, depozit portfeli 56,718 mln. manat, kredit portfeli 16,190 mln. manat, məcmu kapitalı 12,716 mln. manat, o cümlədən, nizamnamə kapitalı 10,784 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR