Bank Of Baku

«Texnikabank» ilin əvvəlindən aktivlərini 25% artırıb

«Texnikabank» ilin əvvəlindən aktivlərini 25% artırıb
# 07 sentyabr 2009 07:35 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Texnikabank» Səhmdar Kommersiya Bankının (SKB) aktivlərinin həcmi 2009-cu ilin sentyabr ayının 1-nə 458,35 mln. manat təşkil edib ki, bu da cari ilin əvvəlinə nisbətən 25% çoxdur.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə bankın kredit portfeli 8,5% artaraq 345 mln. manata, depozit portfeli isə 3,7% artaraq 180,5 mln. manata çatıb. Bu müddət ərzində fiziki şəxslərin əmanətləri üzrə artım 2,7%, hüquqi şəxslərin depozitləri üzrə isə artım 4,9% təşkil edib. Depozitlərin strukturunda hüquqi şəxslərin müddətli depozitləri üç dəfə genişlənərək 25 mln. manata çatıb.

Qeyd edək ki, bu ilin yanvar-avqust aylarında bankın əldə etdiyi mənfəətin həcmi 9,5 mln. manat olub.

Xatırladaq ki, «Texnikabank» SKB 1993-cü ildən fəaliyyət göstərir. Cari ilin sentyabr ayının 1-nə bankın məcmu kapitalı 71,7 mln. manat, o cümlədən, nizamnamə kapitalı 41,7 mln. manat təşkil edib. Hazırda bankın respublika üzrə 16 filialı mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR