Bank Of Baku

Azərbaycanda keçiriləcək beynəlxalq sığorta forumu təxirə salınıb

Azərbaycanda keçiriləcək beynəlxalq sığorta forumu təxirə salınıb
# 07 sentyabr 2009 09:33 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yay aylarında Bakıda keçirilməsi nəzərdə tutulan beynəlxalq sığorta forumu gələn ilədək təxirə salınıb. Bu barədə «APA-Economics»ə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Cəmil Məlikov məlumat verib.

C.Məlikovun sözlərinə görə, forumun təxirə salınmasının səbəblərindən biri bu ilin yay aylarında Almaniyada Beynəlxalq Sığorta Nəzarətçiləri Assosiasiyasının illik yığıncağının keçirilməsi olub: «Bununla yanaşı, dünya maliyyə böhranı şəraitində belə bir forumun keçirilməsi də məqsədəuyğun hesab olunmayıb. Çünki bu, tədbirdə iştirak edəcək yerli və xarici sığorta təşkilatlarının sayına mənfi təsir göstərə bilərdi».

ASA başçısı vurğulayıb ki, sadalanan amilləri nəzərə alaraq, beynəlxalq forumun Bakıda 2010-cu ilin iyul ayının birinci yarısında keçirilməsi planlaşdırılır.

Qeyd edək, hər il Bakıda ASA-nın təşkilatçılığı beynəlxalq sığorta forumu keçirilir. Sonuncu dəfə analoji tədbir 2008-ci ilin iyul ayının 9-11-də təşkil olunub. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın sığorta bazarını beynəlxalq aləmdə tanıtmaq, beynəlxalq aləmdə sığorta sahəsindəki yeni məhsullar, o cümlədən, yerli sığorta şirkətləri ilə xarici şirkətlər və beynəlxalq təşkilatlar arasında əməkdaşlıq əlaqələrinin yaradılmasından ibarətdir.

Xatırladaq ki, ASA 2006-cı ilin dekabrında təsis olunub. Hazırda 28 sığorta şirkəti qurumun üzvüdür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR