Bank Of Baku

Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivləri azalıb

Azərbaycan Mərkəzi Bankının xalis xarici aktivləri azalıb
# 07 sentyabr 2009 10:21 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Mərkəzi Bankının (AMB) xalis xarici aktivləri 2009-cu ilin avqust ayının 1-nə 3 908,8 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 23,6%, ötən ilin müvafiq dövrünə nisbətən isə 21,3% azdır.

Mərkəzi Bankdan «APA-Economics»ə verilən məlumata görə, məcmu beynəlxalq aktivlərin həcmi son bir ildə 21,4%, cari ilin əvvəlindən isə 23,5% azalaraq avqustun 1-nə 3 964,5 mln. manata bərabər olub.

Eyni zamanda, AMB-nin xarici öhdəliklərinin azalması tendensiyası müşahidə olunur. Belə ki, həmin göstərici 54,6 mln. manat təşkil edib ki, bu da ötən ilin avqust ayının əvvəli ilə müqayisədə 25,2%, cari ilin yanvarın 1-nə nisbətən isə 15,9% azdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR