Bank Of Baku

Ukraynada xarici valyuta ilə kreditləşmə qadağan edilib

Ukraynada xarici valyuta ilə kreditləşmə qadağan edilib
# 07 sentyabr 2009 10:42 (UTC +04:00)
Bakı – APA-Economics. Ukrayna Milli Bankı (UMB) ölkə ərazisində xarici valyuta ilə kreditləşməni qadağan edib. “APA-Economics”in “Kommersabt-Ukraina”ya istinadən xəbərinə görə, qadağanın nə qədər qüvvədə olacağı bəlli deyil.
Yeni qayda təkcə müəssisələr üçün yox, vətəndaşlar üçün də qüvvədə olacaq. UMB keçid dövrü üçün bəzi valyutalarla kreditləşməni davam etdirəcək, amma zaman keçdikcə onlar da qadağan ediləcək.
Qeyd edək ki, UMB-nin bu qərarı böhranın dərinləşməsi və milli valyuta olan qrivnanın dəyərdən düşməsi ilə bağlıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR