Bank Of Baku

«CredAgro» təşkilatı regional filialın təmiri ilə bağlı tender keçirir

«CredAgro» təşkilatı regional filialın təmiri ilə bağlı tender keçirir
# 07 sentyabr 2009 11:15 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «CredAgro» qeyri-bank kredit təşkilatı İsmayıllı filialında təmir işlərinin aparılması ilə əlaqədar açıq tender elan edib.

«CredAgro»nun baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, iddiaçılar tenderdə iştirak etmək üçün sənədləri sentyabr ayının 11-dək təqdim etməlidir.

Qeyd edək ki, iddiaçıların sənədləri sentyabrın 14-də təşkilatın baş ofisində açılacaq. Tenderlə maraqlanan şəxslər (+994 12) 564-27-90 telefon nömrəsi ilə əlavə məlumat ala bilər.

Xatırladaq ki, təsisçisi ABŞ-ın ACDİ/VOCA təşkilatı olan «CredAgro» Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir. «CredAgro» tərəfindən kreditlər illik 25-36% dərəcəsi ilə verilir. Hazırda təşkilatın respublika üzrə 13 filialı və 8 köməkçi ofisi mövcuddur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR