Bank Of Baku

Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi iki dəfə artıb

Azərbaycanda vaxtı keçmiş kreditlərin xüsusi çəkisi iki dəfə artıb
# 07 sentyabr 2009 11:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən bank və qeyri-bank kredit təşkilatları tərəfindən verilən kreditlərin tərkibində vaxtı keçmiş kreditlərin həcmi 2009-cu ilin avqust ayının 1-nə 262,4 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, vaxtı keçmiş kreditlərin xüsusi çəkisi son bir ildə 1,7%-dən 3,6%-dək yüksəlib.

Mərkəzi Bankın rəhbəri Elman Rüstəmov bu göstəricinin artmasında təhlükə görmür. E.Rüstəmovun sözlərinə görə, 3,6% həddinə çatmış vaxtı keçmiş kreditlərin strukturunda təxminən 1/3-i və ya ümumi kredit portfelinin 1%-i girovla təmin edilməmiş kreditlərin payına düşür.

Bundan əlavə, son zamanlar dünya maliyyə böhranı şəraitində əksər ölkələrdə, o cümlədən, inkişaf etmiş və inkişafda olan iri ölkələrin bank sistemlərində vaxtı keçmiş kreditlərin həcmi və xüsusi çəkilərinin kəskin artımı müşahidə olunur. Nəticədə, bəzi ölkələrdə bu göstərici hətta 10-20%-ə çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR