Bank Of Baku

«Günay Sığorta» şirkəti yeni baş ofisə köçəcək

«Günay Sığorta» şirkəti yeni baş ofisə köçəcək
# 07 sentyabr 2009 12:26 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Günay Sığorta» şirkəti sentyabr ayının sonuna kimi yeni baş ofisə köçmək niyyətindədir.

«Günay Sığorta» şirkəti İdarə Heyətinin sədri Vüqar Rəcəbovun «APA-Economics»ə verdiyi məlumata görə, şirkət tərəfindən icarəyə götürülən yeni baş ofis Bakı şəhərinin S.Vurğun küçəsində («Olimpik Star» İdman Kompleksinin yaxınlığında) yerləşir.

Qeyd edək ki, hazırda şirkət paytaxtın Tərlan Əliyarbəyov küçəsi,3 ünvanında yerləşən ofisdə fəaliyyət göstərir.

Xatırladaq ki, «Günay Anadolu» sığorta şirkəti 1992-ci ildə yaradılıb. Şirkətin nizamnamə kapitalı 1 mln. manat təşkil edir. Hazırda şirkət 2 icbari və 18 könüllü sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR