Bank Of Baku

Son bir ildə Azərbaycanda bank kreditlərinin həcmi 14% artıb

Son bir ildə Azərbaycanda bank kreditlərinin həcmi 14% artıb
# 07 sentyabr 2009 13:51 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kredit təşkilatları üzrə 2009-cu ilin iyul ayının sonuna kredit qoyuluşlarının həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 13,6% artaraq 7 229,2 mln. manat təşkil edib. «APA-Economics»in məlumatına görə, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanmış «Kredit qoyuluşların vəziyyəti barədə icmal»da deyilir.

İcmala əsasən, iyulun sonuna cəmi kredit qoyuluşlarının 97,5%-ni banklar, 2,5%-ni isə qeyri-bank kredit təşkilatları tərəfindən ayrılan kreditlər təşkil edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə bankların kredit qoyuluşları 13,6%, qeyri-bank kredit təşkilatlarının kreditləri isə 13,9% artıb. Qeyri-bank kredit təşkilatlarının kredit qoyuluşlarında «Aqrarkredit» qeyri-bank kredit qurumunun payı 8,6%-ə bərabər olub.

Kredit qoyuluşlarının strukturunda ən iri həcm göstəricisi hələ də fiziki şəxslər üzrə müşahidə olunur:

 

01.08.2009
(mln. manat)

Xüsusi çəki, %

Nisbət (01.08.2009), %

Qeyri-maliyyə müəssisələri olan hüquqi şəxslər

 

4 695,2

 

67,4

 

19,2

Ticarət və xidmət

1 372,8

19,7

-11

Energetika və təbii ehtiyatlar

997,7

14,3

17,7

Kənd təsərrüfatı və emal

351,1

5

41,8

İnşaat və əmlak

657,8

9,4

37,8

Sənaye və istehsal

530,8

7,6

39,5

Nəqliyyat və rabitə

467,6

6,7

29

Dövlət idarəetməsi

0,5

0,01

7

Digər kredit əməliyyatları

317

4,6

4 dəfə

Fiziki şəxslər

2 271,6

32,6

-1,9


* vaxtı keçmiş kreditlər nəzərə alınmadan

Qeyd edək ki, ötən ilin avqustun 1-nə olan analoji göstəricilərlə müqayisədə manatla kredit qoyuluşları 11,8%, xarici valyuta ilə kredit qoyuluşları isə 15,8% artıb. Nəticədə, cəmi kredit qoyuluşlarının 53,3%-ni milli valyuta, qalan hissəsini isə xarici valyutada ayrılan kreditlər təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR