Layihənin əsas məqsədi Azərbaycandakı bankların maliyyə-təsərrüfat fəaliyyəti və onun nəticələri haqqında ictimaiyyətin və potensial investorların məlumatlandırılmasıdır.
Layihənin ilk komponenti bankların aktivlər üzrə renkinqinin tərtib olunmasıdır. Aşağıdakı cədvəldə ölkədəki banklar 2009-cu il iyul ayının 1-i vəziyyətinə aktivlərin həcminə görə sıralanıb:
Banklar |
Aktivlər (mln. AZN) | |
1 | Azərbaycan Beynəlxalq Bankı | 3 466,987 |
2 | Bank Standard | 523,721 |
3 | Texnikabank | 464,300 |
4 | Xalg Bank | 395,887 |
5 | Bank Respublika | 394,800 |
6 | Kapital Bank | 356,653 |
7 | UniBank | 341,857 |
8 | Nikoil Bank | 279,795 |
9 | Paşa Bank | 246,967 |
10 | AccessBank | 243,417 |
11 | Azerdemiryolbank | 215,400 |
12 | AGBank | 210,296 |
13 | AtaBank | 176,400 |
14 | Bank of Baku | 168,307 |
15 | Yapı Kredi Bank Azerbaijan | 151,019 |
16 | Zamin Bank | 150,331 |
17 | Bank of Azerbaijan | 127,285 |
18 | Royal Bank of Baku | 125,395 |
19 | Muğan Bank | 116,379 |
20 | Rabitabank | 83,187 |
21 | Turan Bank | 81,600 |
22 | Para Bank | 74,852 |
23 | Azərnəqliyyatbank | 69,723 |
24 | Azərbaycan Sənaye Bankı | 63,787 |
25 | Əmrahbank | 63,064 |
26 | Kredo Bank | 50,614 |
27 | Birlik Bank | 50,402 |
28 | Bank Avrasiya | 48,137 |
29 | Azər-Türk Bank | 47,043 |
30 | NBCBank | 44,527 |
31 | Atrabank | 34,293 |
32 | United Credit Bank | 33,188 |
33 | Gəncə Bank | 32,784 |
34 | Qafqaz İnkişaf Bankı | 32,397 |
35 | Deka Bank | 31,926 |
36 | Melli İran Bankı - Bakı | 31,754 |
37 | Günay Bank | 31,706 |
38 | Debut Bank | 29,831 |
39 | Azərbaycan Kredit Bankı | 27,558 |
40 | Kövsər Bank | 17,201 |
Cədvəldən göründüyü kimi, hazırda Azərbaycanda faktiki olaraq 46 bank kredit təşkilatı fəaliyyət göstərsə də, «APA-Economics»in renkinqində yalnız 40 bankın aktivləri əks olunub. Bu, digər bankların KİV-lə əməkdaşlıqdan imtina etməsi, maliyyə göstəricilərini təqdim etməməsi və digər subyektiv səbəblərlə bağlıdır.
Aktivlərin renkinqinə gəldikdə isə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Əsasən dövlət mülkiyyətində (50,2%) olan bu bankın aktivlərinin durmadan artması bankın inkişafı, filial şəbəkəsinin geniş olması, əsas dövlət qurumlarına xidmət göstərməsi və s. obyektiv səbəblərlə əsaslandırılır. Bu gün Azərbaycanda yalnız ABB-nin aktivlərinin həcmi milyard manatla (təqribən 4,311 mlrd. ABŞ dolları) ölçülür.
Cədvəldən göründüyü kimi, yalnız 12 bankın aktivinin həcmi 200 mln. manat (01.07.2009-cu il vəziyyətinə - 248,694 mln. ABŞ dolları), daha 7 bankın aktivləri - 100 mln. manat (124,347 mln. ABŞ dolları), daha 8 bankın aktivinin həcmi isə 50 mln. manat (62,174 mln. ABŞ dolları) həddini üstələyib.