Bank Of Baku

«Paşa Sığorta» şirkəti daha bir bankın tibbi sığortaçısı seçilib

«Paşa Sığorta» şirkəti daha bir bankın tibbi sığortaçısı seçilib
# 08 sentyabr 2009 08:06 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «Paşa Sığorta» şirkəti daha bir bankın – «AccessBank» Səhmdar Kommersiya Bankının (SKB) tibbi sığortaçısı seçilib.

Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, bununla bağlı «AccessBank»ın İdarə Heyətinin sədri Endryu Pospilovski və «Paşa Sığorta» şirkəti İdarə Heyətinin sədri Nofəl Rzayev tərəfindən müvafiq müqavilə imzalanıb. Tibbi sığorta müqaviləsi bank və inzibati heyət də daxil olmaqla, bankın Bakı və ölkənin digər şəhərlərində yerləşən bütün heyətini əhatə edir.

Qeyd edək ki, bununla da «Paşa Sığorta» şirkətinin tibbi sığortaçısı olduğu kommersiya banklarının sayı 5-ə çatıb. Hazırda şirkət «Bank Respublika», «Paşa Bank», «Bank of Baku» və «Bank Avrasiya»ya tibbi sığorta müqavilələri üzrə xidmət göstərir.

Xatırladaq ki, «Paşa Holding» Şirkətlər Qrupuna daxil olan «Paşa Sığorta» şirkəti 2006-cı ildən fəaliyyət göstərir. Cari ilin yanvar-iyun aylarında şirkətin topladığı sığorta haqlarının həcmi 4 mln. manat, sığorta ödənişləri isə 0,9 mln. manat təşkil edib.

Kapitallaşmanın həcminə görə «Paşa Sığorta» 9 mln. manat nizamnamə kapitalı və 18,5 mln. manat məcmu aktivlərlə ölkənin aparıcı sığortaçılarının ilk beşliyinə daxildir. Hazırda şirkət 30 sığorta növü üzrə xidmət göstərir.

«AccessBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və 2008-ci ilin sentyabr ayında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir. Hazırda bankın respublika üzrə 21 filialı, 20 bankomatı və 41 POS-terminalı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR