Bank Of Baku

Azərbaycanda fiziki şəxslərin xarici valyutada əmanətləri ilin əvvəlindən 49% artıb

Azərbaycanda fiziki şəxslərin xarici valyutada əmanətləri ilin əvvəlindən 49% artıb
# 08 sentyabr 2009 08:27 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarında yerləşdirilən əmanət və depozitlərin ümumi həcmi 2009-cu ilin avqust ayının 1-nə 3 924,9 mln. manat təşkil edib ki, bu da iyulun 1-nə olan analoji göstərici ilə müqayisədə 22,4% çox, ilin əvvəlinə nisbətən 9,7%, ötən ilin müvafiq dövrü ilə müqayisədə isə 3,1% azdır. «APA-Economics»in məlumata görə, bu barədə Azərbaycan Mərkəzi Bankı tərəfindən hazırlanmış Pul İcmalında deyilir.

İcmala əsasən, dövrün sonuna manatla cəmi əmanət və depozitlərin strukturunda manatla müddətli əmanət və depozitlərin xüsusi çəkisi 50,6% təşkil edib. İlin əvvəli ilə müqayisədə müddətli əmanətlərin strukturunda qısamüddətli əmanətlərin xüsusi çəkisində azalma, uzunmüddətli əmanətlərin xüsusi çəkisində isə artım müşahidə olunur. Belə ki, ilin əvvəli ilə müqayisədə müddətli əmanətlərin strukturunda 1 ildən 5 ilədək olan əmanətlərin xüsusi çəkisi artaraq 43%-ə çatıb. Hüquqi şəxslərin manatla depozitlərinin manatla cəmi əmanət və depozitlərdə xüsusi çəkisi dövrün sonuna 50,7% olub.

Fiziki şəxslərin əmanətləri ötən ilin müvafiq dövrünə nisbətən 13,2%, ilin əvvəlinə nisbətən 5% artıb. Uzunmüddətli əmanətlərin artımı ilin əvvəlinə nisbətən 4,1%-ə bərabər olub. Avqustun 1-nə rezident fiziki şəxslərin cəmi əmanətlərinin həcmi 1 808,4 mln. manat, qeyri-rezident fiziki şəxslərin əmanətləri isə 190,9 mln. manat təşkil edib.

Dövrün sonuna cəlb olunan əmanət və depozitlərin 36,5%-i milli valyuta, 63,5%-i isə xarici valyutada yerləşdirilib. Fiziki şəxslərin manatla əmanətləri ilin əvvəlinə nisbətən 31,7% azalıb, ötən aya nisbətən isə 1,5% artıb. Xarici valyutada əmanətlərin həcmi isə ilin əvvəlinə nisbətən 48,9%, ötən aya nisbətən 4,4% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR