Bank Of Baku

«AtaSığorta» şirkəti yanvar-avqust aylarında 570 min manat mənfəət əldə edib

«AtaSığorta» şirkəti yanvar-avqust aylarında 570 min manat mənfəət əldə edib
# 08 sentyabr 2009 08:28 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «AtaSığorta» şirkətinin 2009-cu ilin yanvar-avqust aylarında daxilolmalarının həcmi 2,38 mln. manat, sığorta ödənişləri isə 0,45 mln. manat təşkil edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövrü ərzində şirkətin ümumi gəlirləri 3,59 mln. manat, ümumi xərcləri isə 3,13 mln. manat olub. Nəticədə, cari ilin 8 ayında şirkətin balans mənfəəti 0,57 mln. manat təşkil edib ki, bu da nəzərdə tutulan proqnoz göstəricidən 11,6% çoxdur.

Xatırladaq ki, təsisçisi «AtaHolding» Şirkətlər Qrupu olan «AtaSığorta» şirkəti 2004-cü ildən fəaliyyət göstərir. Cari ilin sentyabr ayının 1-nə şirkətin nizamnamə kapitalı 2 mln. manat təşkil edib. Hazırda şirkət 31 könüllü və 4 icbari sığorta növü üzrə xidmət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR