Aşağıdakı cədvəldə ölkədəki bankların nizamnamə kapitalının 2009-cu il iyul ayının 1-nə olan həcmi barədə məlumat verilir:
(mln. AZN)
Banklar | Nizamnamə kapitalı | |
1 | Azərbaycan Beynəlxalq Bankı | 197,587 |
2 | Paşa Bank | 100,000 |
3 | Bank Standard | 64,560 |
4 | Xalg Bank | 53,550 |
5 | UniBank | 42,076 |
6 | Yapı Kredi Bank Azerbaijan | 27,209 |
7 | Texnika Bank | 26,912 |
8 | Kapital Bank | 24,000 |
9 | Bank Respublika | 22,600 |
10 | Nikoil Bank | 22,500 |
11 | AccessBank | 20,000 |
12 | Bank Avrasiya | 20,000 |
13 | Royal Bank | 19,912 |
14 | Muğan Bank | 18,000 |
15 | Turan Bank | 17,000 |
16 | Birlik Bank | 16,000 |
17 | Bank of Azerbaijan | 15,000 |
18 | AGBank | 15,000 |
19 | AtaBank | 15,000 |
20 | NBCBank | 13,589 |
21 | Azerdemiryolbank | 13,400 |
22 | Kredo Bank | 13,040 |
23 | Əmrahbank | 12,821 |
24 | Azərbaycan Sənaye Bankı | 12,800 |
25 | United Credit Bank | 12,108 |
26 | Gəncə Bank | 12,100 |
27 | Zamin Bank | 11,195 |
28 | Günay Bank | 10,892 |
29 | Azərnəqliyyatbank | 10,784 |
30 | Atrabank | 10,425 |
31 | Azərbaycan Kredit Bankı | 10,205 |
32 | Para Bank | 10,070 |
33 | Kövsər Bank | 10,020 |
34 | Melli İran Bankı Bakı | 10,001 |
35 | Azər-Türk Bank | 10,000 |
36 | Qafqaz İnkişaf Bankı | 10,000 |
37 | Deka Bank | 9,594 |
38 | Debut Bank | 8,750 |
39 | Rabitabank | 8,500 |
40 | Bank of Baku | 6,800 |
Cədvəldən göründüyü kimi, kapitallaşmanın səviyyəsinə gəldikdə isə, gözlənildiyi kimi, ilk yeri Azərbaycan və regionun ən iri bank təşkilatı olan Azərbaycan Beynəlxalq Bankı (ABB) tutub. Bu gün Azərbaycanda yalnız iki bankın - ABB və «Paşa Bank»ın nizamnamə kapitalının həcmi 100 mln. manat (124,347 mln. dollar) həddi keçib.
Yalnız 4 bankın nizamnamə kapitalının həcmi 50 mln. manat həddini (62,174 mln. ABŞ dolları), daha 12 bankın kapitalı 20 mln. manat həddini (24,869 mln. ABŞ dolları) keçib.
Cədvəldə yalnız 4 bankın göstəricisi 10 mln. manat səviyyəsindən aşağıdır.