Bank Of Baku

Azərbaycan Ümumdünya İqtisadi Forumunun reytinqində mövqeyini möhkəmləndirib

Azərbaycan Ümumdünya İqtisadi Forumunun reytinqində mövqeyini möhkəmləndirib
# 08 sentyabr 2009 11:08 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Azərbaycan iqtisadiyyatı əhəmiyyətli sıçrayış nümayiş edib. APA-nın məlumatına görə, bu barədə Ümumdünya İqtisadi Forumunun 2009-2010-cu illərdə Dünya ölkələrinin rəqabət qabiliyyətli iqtisadiyyatları haqqında Hesabatında (The Global Competitiveness Report 2009-2010) bildirilir.

Hesabata əsasən, builki nəticələrə görə Azərbaycan 18 pillə irəliləyib və 51-ci yerdə qərarlaşıb: «Azərbaycan makroiqtisadi sabitlik, yüksək milli yığımlar, böyük büdcə profisiti və dövlət borcunun azaldılması ilə səciyyələnir».

Sənəddə həmçinin ölkədə bəzi problemlər yarada biləcək yüksək inflyasiya tempi, eləcə də bazarların (xüsusən əmək və əmtəə bazarlarının) səmərəliliyinin artırılması zərurəti qeyd olunur. Əmək bazarının göstəricilərinə görə Azərbaycan ötən ilki 34-cü pillədən 13-cü pilləyə yüksəlib. Ölkəmizin əmtəə bazarı üzrə göstəricilərində isə 18 pillə sıçrayış qeydə alınıb – 89-cu pillədən 71-ci pilləyə.

İnkişaf göstəriciləri sırasında fərdi biznesin qeydiyyatı üçün müddətin 30 gündən 16 günə, tələb olunan sənədlərin sayının 13-dən 6-ya endirilməsi də müsbət faktor kimi qeyd olunub.

Rəqabət qabiliyyətli iqtisadiyyata malik lider ölkələrə gəlincə, İsveçrə ABŞ-ı birinci pillədən ikinci pilləyə endirib. Sinqapur, İsveç və Danimarka ilk beşliyi tamamlayır. Rusiya builki göstəricilərinə görə 12 pillə geriləyərək 63-cü yerə düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR