Bank Of Baku

«Smart Systems» genişzolaqlı ADSL sistemi ilə qoşulma xidmətini tətbiq edib

«Smart Systems» genişzolaqlı ADSL sistemi ilə qoşulma xidmətini tətbiq edib
# 08 sentyabr 2009 11:31 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın «Smart Systems» şirkəti internetə genişzolaqlı ADSL sistemi ilə trafik üzrə qoşulma xidmətini tətbiq edib.

Şirkətin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, müştərilər hazırda aylıq 10 manat abunə haqqı ödəməklə 5 GB həcmində internet trafik əldə edir. Müştəri bu limiti aşdıqda, hər əlavə MB-yə görə əlavə olaraq 0,01 manat ödəyəcək.

Xatırladaq ki, «Smart Systems» şirkətinin limitsiz ADSL xidmətlərinə qoşulma pulsuzdur.

«Smart Systems» şirkəti 1999-cu ildə yaradılıb. Şirkət bank və maliyyə fəaliyyətinin kompleks avtomatlaşdırılması, telekommunikasiya şəbəkələrinin qurulması, mürəkkəb informasiya sistemlərinin işlənilməsi, internet və s. xidmətlər göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR