Bank Of Baku

«ABU PARK»da mənzil alan müştərilərə avtomobil hədiyyə ediləcək

«ABU PARK»da mənzil alan müştərilərə avtomobil hədiyyə ediləcək
# 08 sentyabr 2009 11:38 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «ABU PARK» tikinti-investisiya şirkəti mənzil satışları üzrə yeni kampaniyaya start verib. «Bank Standard» Səhmdar Kommersiya Bankından (SKB) «APA-Economics»ə verilən məlumata görə, «ABU PARK» tikinti-investisiya şirkəti, «Toyota»nın Azərbaycan nümayəndəliyi və «Bank Standard» kommersiya bankı tərəfindən aparılan kampaniya çərçivəsində mənzilin tam dəyərini ödəyən alıcılara «Toyota» avtomobil hədiyyə ediləcək.

Qeyd edək ki, «ABU PARK», «Toyota» və «Bank Standard» tərəfindən birgə hazırlanmış kampaniya ilin sonunadək davam edəcək. Alınan mənzilin ölçülərindən asılı olaraq alıcıya «Toyota» avtomobilinin müəyyən modeli («Corolla», «RAV4», «Camry») hədiyyə ediləcək. Bundan başqa, əgər alıcı «Bank Standard»ın müştərisidirsə, bu halda ona mənzilin qiymətindən 5% əlavə güzəşt təqdim olunacaq.

Xatırladaq ki, «Premium» sinfinə aid olan «ABU Park» yaşayış kompleksi şəhərin mərkəzində, H.Əliyev Sarayının yaxınlığında yerləşir. Kompleks yüksək sürətli səssiz «Otis» liftləri, telefon rabitəsi, yüksək sürətli internet, istilik sistemi, peyk və kabel televiziya kanalları, habelə daimi soyuq və isti su ilə təmin olunub.

«AB Standard» Şirkətlər Qrupuna daxil olan «Bank Standard» SKB 1995-ci ildən fəaliyyət göstərir və Azərbaycandakı aparıcı bankların ilk beşliyinə daxildir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR