Bank Of Baku

Azərbaycandakı sığorta şirkətlərinin ödənişlər üzrə renkinqi

Azərbaycandakı sığorta şirkətlərinin ödənişlər üzrə renkinqi
# 08 sentyabr 2009 11:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən maliyyə təşkilatlarının müxtəlif göstəricilər üzrə renkinqlərinin hazırlanması layihəsi çərçivəsində «APA-Economics» bu dəfə ölkədəki sığorta təşkilatlarının 2009-cu ilin yanvar-iyul aylarında həyata keçirdiyi sığorta ödənişlərinin həcminə görə sıralamasını təqdim edir.

Aşağıdakı cədvəldə ölkədəki sığorta təşkilatlarının ödənişləri haqqında ətraflı məlumat verilir:

(mln. AZN)

 

Sığortaçılar

Ödənişlər

1

Azərsığorta

8,04

2

MBASK

3,71

3

Atəşgah

2,61

4

AzSığorta

2,41

5

A-Group

2,41

6

Beynəlxalq Sığorta Şirkəti

2,09

7

Standard İnsurance

1,56

8

Paşa Sığorta

1,13

9

Xalq Sığorta

0,80

10

Star Alliance

0,61

11

Bakı Sığorta

0,61

12

Başak-İnam

0,57

13

AIG Caspian

0,55

14

EraTrans Sığorta

0,39

15

AtaSığorta

0,37

16

Azərbaycan Sənaye Sığorta

0,28

17

BE&G

0,27

18

Fidan Sığorta

0,22

19

Günay Anadolu

0,13

20

Alfa Sığorta

0,12

21

Əmrah Sığorta

0,11

22

Azərqarant

0,07

23

Thames İnsurance Group

0,06

24

Qarant Sığorta

0,06

25

Azal Sığorta

0,006

26

Atəşgah Həyat Sığorta

0,0003

27

Qala Sığorta

0,0003

28

Azİnvest Sığorta

0,00

 

Ümumi

29,19



Maliyyə Nazirliyinin təqdim etdiyi hesabat üzrə hazırlanmış renkinqdə şirkətlər sırasında ödənişlərin həcminə görə ilk yeri «Azərsığorta» Dövlət Sığorta Kommersiya Şirkəti (8,04 mln. manat) tutur və bu şirkətin ümumi ödənişlərdə xüsusi çəkisi 27,5%-ə bərabərdir.

Ödənişlərin strukturunda sonrakı yerləri MBASK (3,71 mln. manat və ya 12,7%) və «Atəşgah» (2,61 mln. manat və ya 8,94%) sığorta şirkətləri bölüşdürür.

Cədvəldən göründüyü kimi, bu müddət ərzində ən az sığorta ödənişi «Qala Sığorta» şirkəti (0,0003 mln. manat və ya 0,001%) həyata keçirib. Bir şirkət isə («Azİnvest Sığorta») ümumiyyətlə risklər üzrə ödəniş aparmayıb.

Qeyd edək ki, hazırda Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR