Bank Of Baku

Azərbaycanda bank kreditləri son bir ildə 3 faiz bəndi ucuzlaşıb

Azərbaycanda bank kreditləri son bir ildə 3 faiz bəndi ucuzlaşıb
# 08 sentyabr 2009 12:23 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda milli valyutada verilən kreditlər üzrə orta faiz dərəcələri ötən ilin avqust ayından bu ilin iyul ayı ərzində 2,87 faiz bəndi azalaraq 2009-cu ilin avqust ayının 1-nə 15,34% təşkil edib.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, hüquqi şəxslər üzrə manatla kreditlərin orta faiz dərəcələri 3,21 faiz bəndi azalaraq 12,74%, fiziki şəxslər üzrə isə 0,55 faiz bəndi azalaraq 20,83% təşkil edib:

 

Kreditlərə görə orta

Hüquqi şəxsalər üzrə

Fiziki şəxslər üzrə

 

Manatla

Xarici valyuta

Manatla

Xarici valyuta

Manatla

Xarici valyuta

01.08.2008

18.21

14.10

15.95

11.71

21.38

21.38

01.01.2009

17.45

14.52

14.87

12.37

21.53

21.52

01.08.2009

15.34

16.39

12.74

13.79

20.83

22.19



Göründüyü kimi, il ərzində kreditlər üzrə faiz dərəcələrində nəzərə çarpan dəyişiklik baş verib. Həmçinin qeyd etmək lazımdır ki, hətta iyul ayında yüksək azalma müşahidə olunub. Belə ki, iyulda orta göstəricilərə görə, manat kreditləri 1,78, valyuta kreditləri isə 1,2 faiz bəndi ucuzlaşıb. Hüquqi şəxslər üzrə bu azalma müvafiq olaraq 2,06 və 1,22 faiz bəndi təşkil edib. Fiziki şəxslərə verilən kreditlər üzrə faiz dərəcələri iyulda manatla 0,36, valyuta ilə isə 0,48 faiz bəndi düşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR