Bank Of Baku

BMT: Dollar yeni qlobal valyuta ilə əvəz olunmalıdır

BMT: Dollar yeni qlobal valyuta ilə əvəz olunmalıdır
# 08 sentyabr 2009 12:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Birləşmiş Millətlər Təşkilatı II Cahan Müharibəsindən sonra dünya maliyyə sisteminin ən radikal islahatlarını təklif edən məruzə hazırlayıb. Məruzədə hazırda dünyanın aparıcı valyutası sayılan ABŞ dollarının yeni qlobal valyuta ilə əvəz olunması ideyası irəli sürülür.

«APA-Economics»in məlumatına görə, sənəddə həmçinin vurğulanır ki, dünya iqtisadiyyatını əlaqələndirən valyuta və kapitalla bağlı olan qaydalar sisteminin effektli olmaması maliyyə və iqtisadi böhranların əsas səbəbidir. Bununla bağlı, dolların qlobal ehtiyat valyutası statusunu nəzərdə tutan mövcud maliyyə sisteminə tam şəkildə yenidən baxılmalıdır.

Məruzənin müəllifləri tənzimlənən beynəlxalq mübadilə məzənnələrinin yeni sistemini yaratmaq təklifi ilə çıxış edirlər. Bu sistemə əsasən, dünya iqtisadiyyatındakı cari vəziyyətdən asılı olaraq, mərkəzi banklar milli valyutalarının məzənnəsini azaldıb-artıracaq. Bundan başqa, həmin sistem büdcə profisitinə malik olan ölkələrdə (Almaniya, Çin və s.) iqtisadiyyatın əlavə stimullaşdırılmasını nəzərdə tutacaq.

Məruzənin müəllifi Detlef Kottenin sözlərinə görə, dolların süni valyuta ilə əvəzlənməsi bir sıra problemi aradan qaldırmağa və ümumilikdə, sabitliyin bərqərar olmasınaa şərait yaradacaq. Eyni zamanda, tənzimlənən mübadilə məzənnələri sisteminin yaradılması zəruridir ki, ölkələr real mübadilə məzənnələrini tənzimləmək iqtidarında olsun.

Qeyd edək ki, bu məruzə dolların yeni qlobal ehtiyat valyutası ilə əvəz edilməsi barədə iri beynəlxalq təşkilat tərəfindən rəsmən səsləndirilən ilk təklifdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR