Bank Of Baku

Azərbaycanda uzunmüddətli kredit qoyuluşları daha yüksək tempə artır

Azərbaycanda uzunmüddətli kredit qoyuluşları daha yüksək tempə artır
# 08 sentyabr 2009 13:22 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda ötən ilin avqust ayından 2009-cu ilin iyul ayının sonuna kimi qısamüddətli kredit qoyuluşları 9,6%, uzunmüddətli kredit qoyuluşları isə 15,4% artıb. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, nəticədə, hesabat dövrü ərzində kredit qoyuluşlarının strukturunda uzunmüddətli kreditlərin xüsusi çəkisi avqustun 1-nə 70,7%-ə çatıb:

(mln. manat)

 

01.08.2009

01.08.2008

Kredit qoyuluşları

7 229,2

6 361,5

Qısamüddətli kreditlər

2 116,6

1 930,6

Xüsusi çəkisi (%)

29,3

30,4

Uzunmüddətli kreditlər

5 112,6

4 430,9

Xüsusi çəkisi (%)

70,7

69,7



Mərkəzi Bankın hesablamalarına görə, təhlil olunan dövrdə qısamüddətli kredit qoyuluşlarının 94,3%-ni bank, 5,7%-ni isə qeyri-bank kredit təşkilatları tərəfindən ayrılan kreditlər təşkil edib. O cümlədən, bank sisteminin qısamüddətli kredit qoyuluşlarının strukturunda Azərbaycan Beynəlxalq Bankının payı 32,2%-ə, digər bankların payı isə 67,8%-ə bərabər olub.

Uzunmüddətli kredit qoyuluşunun 98,8%-ni bank, 1,2%-ni isə qeyri-bank kredit təşkilatlarının kreditləri təşkil edib. Bank sisteminin uzunmüddətli kredit qoyuluşlarında Beynəlxalq Bankın payı 52,6%-ə, digər bankların payı isə 47,4%-ə bərabər olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR