Bank Of Baku

Azərbaycanda bank kreditləri üzrə marja 6-7% təşkil edir

Azərbaycanda bank kreditləri üzrə marja 6-7% təşkil edir
# 09 sentyabr 2009 07:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda fəaliyyət göstərən kommersiya bankları tərəfindən verilən kreditlər və cəlb olunan depozitləri arasında faiz fərqi (marja) orta hesabla 6-7% təşkil edir. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, manatla kreditlərlə depozitlər arasındakı fərq ötən ilin müvafiq dövründəki 5,68%-dən bu günə 5,67%-ə düşüb, xarici valyutada kreditlərlə depozitlər arasındakı fərq isə 4,48%-dən 6,82%-ə yüksəlib.

Qeyd edək ki, Azərbaycan bankları üçün cəlb olunan və yerləşdirilən vəsaitləri üzrə faiz fərqi əsas gəlir mənbəyidir. Belə ki, bankların mənfəəti yalnız faiz əməliyyatlarından formalaşır, çünki qeyri-faiz əməliyyatları üzrə bankların xərcləri gəlirləri üstələyir. Öz növbəsində, faiz əməliyyatlarının əsas hissəsini kreditlər təşkil edir.

Azərbaycanda banklar mənfəət əldə etmək məqsədi ilə kreditlər və depozitlər arasındakı faiz fərqinin genişlənməsində maraqlıdır. Məhz bu səbəbdən manat və valyuta üzrə faiz fərqləri bir sıra ölkələrdəki analoji göstəricilərdən artıqdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR