Bank Of Baku

Azərbaycanda yanvar-iyul aylarında 113 mln. manatdan artıq sığorta haqqı toplanıb

Azərbaycanda yanvar-iyul aylarında 113 mln. manatdan artıq sığorta haqqı toplanıb
# 09 sentyabr 2009 09:08 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Bu ilin yanvar-iyul aylarında Azərbaycanda fəaliyyət göstərən sığorta təşkilatları tərəfindən toplanan sığorta haqlarının həcmi 113,02 mln. manata çatıb. Maliyyə Nazirliyindən «APA-Eonomics»ə verilən məlumata görə, hesabat dövründə məcmu sığorta ödənişləri isə 29,19 mln. manat təşkil edib.

Bu müddət ərzində həyat sığortası üzrə daxilolmaların həcmi 0,438 mln. manat, qeyri-həyat sığortası üzrə 93,313 mln. manat, icbari sığorta növləri üzrə isə 19,271 mln. manat olub.

Ödənişlərə gəldikdə isə həyat sığortası üzrə 0,287 mln. manat, qeyri-həyat sığortası üzrə 22,039 mln. manat, icbari sığorta növləri üzrə isə 6,864 mln. manat həcmində ödənişlər aparılıb.

Bundan başqa, daxilolmaların strukturunda ən çox sığorta haqqı «Ümumi mülki məsuliyyətin sığortası» (22,176 mln. manat), «Avtonəqliyyat vasitələrinin sığortası» (17,807 mln. manat), «Tibbi sığorta» (14,250 mln. manat) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (11,906 mln. manat) növləri üzrə toplanıb. Bu növlərin məcmu sığorta haqlarındakı payı müvafiq olaraq 19,6%, 15,8%, 12,6% və 10,5% təşkil edib.

Ödənişlərdə isə «Avtonəqliyyat vasitələrinin sığortası» (8,924 mln. manat və ya 30,6%), «Tibbi sığorta» (7,497 mln. manat və ya 25,7%) və «Hərbi qulluqçuların dövlət icbari şəxsi sığortası» (5,942 mln. manat və ya 20,4% ) növləri üzrə ödənişlər üstünlük təşkil edib.

Qeyd edək ki, Azərbaycanda 28 sığorta təşkilatı fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR