Bank Of Baku

Azərbaycanda pul bazası artır

Azərbaycanda pul bazası artır
# 09 sentyabr 2009 09:47 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda manatla pul bazasının həcmi 2009-cu ilin sentyabr ayının 1-nə 4 172 mln. manat təşkil edib. Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, 2008-ci ilin müvafiq dövrü ilə müqayisədə bu göstərici 125,3 mln. manat və ya 3,1% artsa da, cari ilin əvvəlinə nisbətən 609,3 mln. manat və ya 12,7% azalıb.

Qeyd edək ki, pul bazasının strukturuna dövriyyədə olan nağd pullar və mərkəzi bankda saxlanılan kommersiya banklarının vəsaitləri daxildir.

Bu il ərzində pul bazasının dinamikasına diqqət yetirəndə məlum olur ki, ilk dörd ayda ardıcıl azalma baş verib və bunun həcmi 1 101,7 mln. manat təşkil edib. Lakin may ayından etibarən artım müşahidə olunur və son dörd ayda artım 492,4 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR