Bank Of Baku

Azərbaycanda pul kütləsinin həcmi artır

Azərbaycanda pul kütləsinin həcmi artır
# 09 sentyabr 2009 10:43 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycanda geniş mənada pul kütləsinin (M3 aqreqatı) həcmi 2009-cu ilin avqust ayının 1-nə 7 582,4 mln. manat təşkil edib ki, bu da ilin əvvəlinə nisbətən 10,7% azdır.

Azərbaycan Mərkəzi Bankından «APA-Economics»ə verilən məlumata görə, eyni zamanda M3 aqreqatının həcmi iyul ayında 14,1% artıb ki, nəticədə, son bir ildə bu göstərici üzrə 0,6%-lik artım müşahidə olunub.

Qeyd edək ki, M3 aqreqatının strukturuna nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər daxildir. Pul kütləsinin tərkib hissələri üzrə də iyulda artım tendensiyası müşahidə olunub. Belə ki, nağd pul (M0 aqreqatı) yanvar-iyul ayları ərzində 11,8% azalsa da, iyulda 4,9%, son bir ildə isə 4,9% artaraq 3 657,5 mln. manata çatıb:

(mln. manat)

 

01.08.2008

01.01.2009

01.07.2009

01.08.2009

M0 (nağd pul)

3 488,3

4 145,7

3 486,4

3 657,5

M1 (nağd pul, tələb olunanadək əmanət və depozitlər)

 

4 344,2

 

5 145,0

 

4 198,8

 

4 365,5

M2 (nağd pul, tələb olunanadək və manatla müddətli əmanət və depozitlər)

 

5 211,8

 

6 081,0

 

4 872,0

 

5 091,6

M3 (nağd pul, tələb olunanadək və müddətli əmanət və depozitlər)

 

7 537,3

 

8 494,2

 

6 693,9

 

7 582,4


Göründüyü kimi, cari ilin avqust ayının 1-nə nağd pulun manatla pul kütləsində (M2 aqreqatı) xüsusi çəkisi 71,8% təşkil edib ki, bu da ilin əvvəlində olan göstəricidən 3,6 faiz bəndi çoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR