Bank Of Baku

«UniBank» telefon xidmətini istifadəyə verib

«UniBank» telefon xidmətini istifadəyə verib
# 09 sentyabr 2009 11:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Azərbaycanın «UniBank» Səhmdar Kommersiya Bankı (SKB) 117 telefon xidmətini istifadə verib.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, 117 xidmətinin başlıca üstünlüyü maliyyə bazarları üzrə peşəkar mütəxəssislər vasitəsilə keyfiyyətcə yeni xidmətin göstərilməsidir. Artıq «UniBank»ın mütəxəssisləri və menecerləri suallara cavab verməyəcək, müştərilərin öz irad və istəklərini bildirdiyi halların daxil olması şərti ilə yaranan problemlərin kompleks şəklində həllinə yardım göstərəcəklər. Telefon Mərkəzinin üstünlüklərindən biri də müştərilərlə aparılan söhbətlərin tam məxfiliyidir.

Qeyd etmək lazımdır ki, 117 Telefon Mərkəzi ilə ölkənin bütün telefon abonentləri əlaqə saxlaya bilərlər. Mobil telefonlardan 994-012 kodu, Bakıdan başqa bütün şəhər və qəsəbələrdən isə 012 şəhərlərarası rabitə kodu yığılır.

Qeyd edək ki, təsisçisi Avropa Yenidənqurma və İnkişaf Bankı (15,15%), Almaniyanın DEG İnvestisiya Korporasiyası (8,33%), hüquqi (0,9%) və fiziki şəxslər (75,62%) olan «UniBank» SKB 1992-ci ildən fəaliyyət göstərir. Bankın respublika üzrə 24 filialı var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR