Bank Of Baku

«AccessBank» ötən ay 20 mln. dollar həcmində mikrokredit ayırıb

«AccessBank» ötən ay 20 mln. dollar həcmində mikrokredit ayırıb
# 09 sentyabr 2009 12:58 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. «AccessBank» Səhmdar Kommersiya Bankının (SKB) 2009-cu ilin avqust ayında müştərilərə verdiyi mikrokreditlərin həcmi 20 mln. ABŞ dollarına, kreditlərin sayı isə 6 844-ə çatıb.

Bankın baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, bu cür yüksək göstəricilər sayəsində bankın mikrokredit portfeli 130 mln. ABŞ dolları, kreditlərin sayı isə 65 min həddini keçib.

Qeyd edək ki, cari ilin əvvəlindən başlayaraq bankın mikrokredit portfelində 40 mln. dollar həcmində artım olub. Portfeldəki kreditlərin sayı isə 20 minə çatıb.

Xatırladaq ki, «AccessBank» 2002-ci ilin oktyabr ayında Azərbaycan Mikromaliyyələşdirmə Bankı kimi fəaliyyətə başlayıb və ötən il sentyabrında brendini dəyişib. Bankın təsisçiləri rolunda Avropa Yenidənqurma və İnkişaf Bankı (20%), Beynəlxalq Maliyyə Korporasiyası (20%), Qara Dəniz Ticarət və İnkişaf Bankı (20%), Almaniyanın KfW İnkişaf Bankı (20%), «AccessHolding» (16,53%) və «LFS Financial Systems GmbH.» şirkəti (3,47%) çıxış edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR